Bakı. Trend:
Yeni Zelandiyanın ən böyük aviaşirkəti “Air New Zealand” Yaxın
Şərqdəki münaqişənin yaratdığı yanacaq qiymətlərinin artması
fonunda Sakit okean ada ölkələrinə bəzi uçuşları ləğv edib.
Trend xəbər verir
ki, bu barədə “New Zealand Radio” radiostansiyası məlumat
yayıb.
Radiostansiyanın məlumatına görə, aviadaşıyıcı qərarını
regiondakı münaqişə nəticəsində yanacaq qiymətlərində yaranan
görünməmiş qeyri-sabitliklə izah edib.
Bildirilib ki, şirkətin daxili və beynəlxalq uçuşlarının azı 5
faizi tamamilə ləğv olunub. Sərnişinlərlə əlaqə saxlanılacaq və
onlara geri ödəniş və ya kredit əldə etmək imkanı veriləcək.
Qeyd olunur ki, “Air New Zealand” daha əvvəl may ayının əvvəlinə
qədər ən azı 1100 reysin ləğv edildiyini açıqlamış və sərnişinlərə
alternativ uçuş variantlarının təqdim olunacağını bildirmişdi.

