Peruda yol qəzası nəticəsində13 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Perunun cənubunda yerləşən Arekipa-Puno magistral yolunda
mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər
həyatını itirib.

Trend xəbər verir
ki, bu barədə “Diario Correo” qəzeti məlumat yayıb.




Qəza Arekipanın San Antonio de Çuka bölgəsində, magistral yolun
178-ci kilometrliyində baş verib. Məlumata görə, 11 nəfər hadisə
yerində ölüb, daha iki nəfər isə xəstəxanaya aparılarkən yolda
dünyasını dəyişib.

Hadisənin səbəbləri polis və prokurorluq tərəfindən araşdırılır.
Magistral yolun həmin hissəsində nəqliyyatın hərəkəti müvəqqəti
olaraq məhdudlaşdırılıb.