
Sisyanlı nənə Paşinyanı heyrətə gətirib
Sisyanlı yaşlı qadın baş nazir Nikol Paşinyanı heyrətə gətirib.
Qadınla Paşinyan, özünün dediyinə görə, partiyadaxili seçki kampaniyası çərçivəsində növbəti səfər zamanı rastlaşıb.
Hal-əhval soruşaraq Paşinyan qadının işlədiyi kitabxanaya daxil olub.
– Necəsiniz? İşləriniz necədir? Bilirsiniz bu, nədir? – deyə, Paşinyan qadına Ermənistan xəritəsi şəklində hazırlanmış döş nişanı hədiyyə edib.
– Aprelin birindən pensiyaların artacağını bilirsinizmi? Bəs bilirsinizmi ki, tibbi sığorta tətbiq edilib? Bəs bilirsinizmi, nağdsız alver etsəniz, müəyyən faizi hesabınıza oturacaq?
Birdən Paşinyanın gözü masa üzərindəki kitaba sataşır.
– Nə oxuyursunuz, anacan?.. baxın bir, nənə nə oxuyur. Bir bura baxın. Camaat, bura gəlin. Gəlin, gəlin, hamınız gəlin!
Paşinyan qadının ad-soyadını soruşur və masa üzərindəki kitabı götürür.
– Baxın bir Seda nənə nə oxuyur…- deyə Paşinyan Elon Masck-ın “Gələcəyə yol” kitabını göstərir.


