Axios: ABŞ ilə İran arasında danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçilik edib

Baş səhifə

Türkiyə, Misir və Pakistan ABŞ ilə İran arasında danışıqlarda vasitəçilik ediblər.

Bu barədə “Axios” xəbər verib.

Qeyd edilib ki, Türkiyə, Misir və Pakistanın yüksək vəzifəli rəsmiləri ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrı-ayrılıqda danışıqlar aparıblar.

Həmçinin qeyd olunub ki, son iki gün ərzində Türkiyə, Misir və Pakistan gərginliyi azaltmaq məqsədilə ABŞ ilə İran arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayır.