ABŞ ordusu AGM-181 nüvə qanadlı raketinin sınaqlarını keçirir

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “B-52H Stratofortress” bombardmançısı “AGM-181 Long
Range Stand Off” (LRSO) raketinin – yeni nəsil perspektivli nüvə
qanadlı raketin – inteqrasiyası üzrə sınaqları davam etdirir.

Trend
“Naked-Science” nəşrinə istinadən xəbər verir ki, təyyarə bu
yaxınlarda Kaliforniya üzərində uçuş zamanı qanadları altında iki
LRSO raketi ilə müşahidə olunub.




Bombardmançı yeni silahların sınaqları zamanı müntəzəm olaraq
qeydə alınır ki, bu da proqramın genişləndirildiyini deməyə əsas
verə bilər. LRSO-nun məhdud həcmdə istehsalına başlanması barədə
qərarın 2027-ci maliyyə ilinə qədər qəbul ediləcəyi gözlənilir.

Diqqətəlayiqdir ki, raket ilk dəfə yalnız ötən il rəsmi şəkildə
təqdim olunub: iyunda Hərbi Hava Qüvvələri “AGM-181”in ilk
təsvirini yayıb, noyabrda isə Kaliforniyadakı müşahidəçilər raketin
uçuş zamanı ilk fotolarını əldə ediblər.