Havayda güclü daşqınlar: minlərlə insan elektriksiz qalıb

Baş səhifə

Bakı. Trend:

Son 20 ilin ən güclü daşqınlarından birinə səbəb olan leysan
yağışlar nəticəsində 2000-dən çox Havay sakini elektriksiz
qalıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, leysan yağışlar bir həftə əvvəl baş verən qış
fırtınasından sonra yağıb, nəticədə yaranan sellər evləri və
avtomobilləri aparıb.

Daşqınlar Honolulunun şimalında 5500 nəfərin təxliyəsinə səbəb
olub, lakin sonradan bu göstəriş ləğv edilib. Xilasedicilər suyun
sürətlə yüksəldiyi ərazilərdən 200-dən çox insanı təhlükəsiz yerə
təxliyə ediblər. Tələfat barədə məlumat verilməyib.