
“İran və ABŞ hər hansı danışıqlar aparmır”.
Modern.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian özünün Telegram kanalında bildirib.
“ABŞ Prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri kontekstində verilir”, – deyə o bildirib.
ABŞ Prezidenti Donald Tramp əvvəllər İranla iki günlük “çox yaxşı və məhsuldar” danışıqlardan sonra Pentaqona İran elektrik stansiyalarına və enerji infrastrukturuna hücumları 5 gün ərzində dayandırmağı tapşırdığını bildirmişdi. Trampın sözlərinə görə, Vaşinqton və Tehran Yaxın Şərqdəki hərbi münaqişənin həllini müzakirə ediblər.
Pezeşkian isə qeyd edib ki, son günlərdə İran Hörmüz boğazından gəmilərin koordinasiyasını və keçidini təmin etmək üçün yalnız Yaxın Şərq ölkələri, xüsusən də Omanla danışıqlar aparır.
“Bu əlaqələr açıqdır; Tehran və Vaşinqton arasında heç bir gizli danışıqlar aparılmır”, – deyə o vurğulayıb.


