Sırski: Dörd gün ərzində Rusiya ordusu 6 mindən çox itiki verib

Baş səhifə

Rusiya ordusunun 17–20 mart tarixləri aralığında bir neçə istiqamətdə həyata keçirdiyi hücumlar uğursuzluğa uğrayıb, qarşı tərəfin itkiləri 6 mini keçib.

“RBK-Ukraine” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat yayıb.

Sırski bildirib ki, bu dörd gün ərzində Rusiya tərəfi 619 hücum əməliyyatı həyata keçirib, lakin 6090-dan çox əsgəri öldürülüb və ya yaralanıb. Həftə ərzində ümumi itkilər isə təxminən 8710 nəfər təşkil edib.

Baş komandan vurğulayıb ki, düşmən Ukrayna qoşunlarının müdafiə xəttini bir neçə strateji istiqamətdə yarmağa çalışıb, amma sərt müqavimətlə qarşılaşıb.