Azərbaycan alüminium ixracından gəlirini artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 42 milyon ABŞ
dolları dəyərində 12,9 min ton alüminium və ondan hazırlanan
məmulatlar ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı
ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,4 milyon
ABŞ dolları və ya 37,4%, həcm baxımından isə 2,5 min ton və yaxud
24% artıb.

Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan
məmulatların ümumi ixracda xüsusi çəkisi 1,15%, qeyri-neft sektoru
üzrə xüsusi çəkisi isə 7,24% təşkil edib.




Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana
24,028 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan
məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici
ilə müqayisədə dəyər ifadəsində 5,6 milyon ABŞ dolları və ya 18,9%
azalma deməkdir.

Hesabat dövründə idxal olunan alüminium və ondan hazırlanan
məmulatların ümumi idxalda xüsusi çəkisi 0,92%-ə bərabər olub.

Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 11,8 min ton
alüminium məmulatları istehsal edilib. Bu isə əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 2,7 min ton və ya 30,4% çoxdur.

Bu ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin
anbarlarında hazır alüminium məmulatları ehtiyatı 3 729 ton təşkil
edib.