
Bakı.Trend:
İngiltərənin paytaxtı Londonun şimalında yerləşən yəhudi
rayonunda naməlum şəxslər 4 təcili tibbi yardım avtomobilini
yandırıb.
Trend xarici KİV-ə
istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat
yayıb.
Qolders-Qrin rayonunda baş vermiş insidentin anti-semitizm və
nifrət zəminli cinayət kimi qiymətləndirildiyi bildirilir. Hücumun
həyata keçirildiyi məhəllədə yerləşən evlərin sakinlərin təxliyə
edilib, yolun bir hissəsi bağlanıb.
Zərərçəkənlər barədə məlumat yoxdur. Bütün yanğınların bir
müddət sonra söndürüldüyü bildirilir.
Hadisə yerində eyni zamanda partlayış səsləri eşidilib. Yerli
polis həmin partlayışların təcili tibbi yardım maşınlarındakı qaz
çəlləklərinin partlaması nəticəsində baş verdiyini ehtimal
edir.
Faktla bağlı araşdırmaya başlanılıb.


