Fransa millisinin yeni baş məşqçisi məlum olub

Baş səhifə

Bakı.Trend:

Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyinatı
ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa
gəlib.

Trend xəbər
verir ki, FFF prezidenti Filip Diallo artıq varisin seçildiyini
təsdiqləyib.

Lakin o, ad açılqamaq istəməyib. Federasiya rəsmisinin sözlərinə
görə, boş qalan vəzifə uğrunda beş fransız mütəxəssis mübarizə
aparırdı.




Amma iddiaya görə, Didye Deşamı DÇ-2026-dan sonra Zidan
əvəzləyəcək.

53 yaşlı mütəxəssis futbolçu kimi Fransa millisində 108 oyun
keçirib və 31 qol vurub. O, məşqçi kimi “Real”ı çalışdırıb.