
Bakı. Trend:
Sloveniyanın Baş naziri Robert Qolob onun solçu-mərkəzçi
“Azadlı” hərəkatının parlament seçkilərində qalib gəldiyini elan
edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Siz öz səslərinizi təkcə “Azadlıq” hərəkatına yox, eləcə də
demokratiyaya vermisiz”, – Qolob Lyublyanada vətəndaşlara etdiyi
müraciətdə bildirib.
İlkin məlumatlara əsasən, Qolobun hərəkatı 28,6%, Yanşanın
partiyası isə 27,9% səs toplayıb.
Beləliklə, bu nəticələrə görə, 90 yerlik parlamentdə heç bir
partiya təkbaşına çoxluğu təmin etmir.
Qeyd edək ki, onun rəqibi, Sloveniyanın sabiq baş naziri,
müxalifətdən olan sağçı Sloveniya Demokrat Partiyasının lideri
Yanez Yanşa seçkilərin nəticələrinə etiraz etmək niyyətində
olduğunu bildirib. O qeyd edib ki, partiyalarında olan məlumatlara
görə, onların partiyası “Azadlıq” hərəkatını qabaqlayıb.


