
Baş Prokurorluğunun Mətbuat xidməti dəm qazından boğulub ölən ər-arvadla bağlı məlumat yayıb.
Modern.az-a verilən məlumatda bildirilib ki, martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülü Xalıqverdi qızı dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.
***
Naxçıvan MR Babək rayonunda faciə baş verib.
Modern.az xəbər verir ki, ər-arvad ötən gündəm qazından boğularaq ölüb.
1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülü Xalıqverdi qızı dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.
Hadisə onların yaşadıqları fərdi evdə baş verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


