Qırğızıstan DİN rəhbəri ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib

Baş səhifə
Qırğızıstan DİN rəhbəri ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları naziri inzibati məsuliyyətə cəlb ediblər.

Faktla bağlı protokol tərtib edilib. 3000 som (təxminən 60 manat – red.) cərimə tam ödənilib.

“Daxili işlər orqanları hüquq normalarına riayət olunmasını və qanun qarşısında hər kəsin bərabərliyi prinsipini ardıcıl olaraq təmin edir”, – Daxili İşlər Nazirliyidən (XİN) qeyd edilib.

Daha əvvəl sosial şəbəkələrdə Bişkekin Köhnə meydanında ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbir zamanı DİN rəhbərinin ictimai yerdə siqaret çəkdiyini göstərən video yayılmışdı.