Rusiyanın Baltik dənizindəki ən iri neft terminalına dron hücumu olub, yanğın başlayıb

Baş səhifə

Baltik dənizindəki Primorsk limanında yerləşən Rusiyanın qərb istiqamətindəki ən böyük neft ixracı mərkəzində yanacaq terminalında dron hücumu nəticəsində yanğın başlayıb.

APA xəbər verir ki, bu barədə Şimal-Qərb Leningrad bölgəsinin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, adı çəkilən liimanın gündə 1 milyondan çox barel xam neft ixrac etmək imkanı var və o, Rusiyanın əsasən, Ural xam nefti və yüksək keyfiyyətli dizel yanacağı üçün mühüm ixrac məntəqəsidir.