Lənkəranda əməliyyat: 12 kq narkotik dövriyyədən çıxarılıb

Baş səhifə

Bakı.Trend:

Lənkəranda 12 kq narkotik vasitə qanunsuz dövriyyədən
çıxarılıb.

Bu barədə Trend-ə daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.




Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə
ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik
vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlər nəticəsində
38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan paytaxt ərazisindəki
müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq
marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.