Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Baş səhifə
Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

2025-ci ildə Azərbaycandan Türkiyəyə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 145 milyon 736 min ABŞ dolları təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü illə müqayisədə 4 % azdır.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 28,8 %-dən 28,9 %-ə qalxıb.

İl ərzində Türkiyədən Azərbaycana isə fiziki şəxslər 193 milyon 158 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 9,8 % çoxdur.

Hesabat dövründə Türkiyədən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 16,2 %-dən 16,4 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.