Bakı. Trend:
ABŞ-nin Nyu-York şəhərinin La-Quardiya aeroportu uçuş
zolağında sərnişin təyyarəsi ilə yanğınsöndürən maşının
toqquşmasından sonra qeyri-müəyyən müddətə bağlanıb.
Trend
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava reyslərinin
real vaxt monitorinqini aparan “Flightradar24” xidməti bəyan
edib.
Xidmətin məlumatına əsasən, qəzaya uğrayan hava
nəqliyyat vasitəsi “Air Canada” hava yolları şirkətinə məxsus olan
“Express CRJ-900”təyyarəsi olub.
Qəzanın səbəbləri araşdırılır. Təfərrüatlar barədə
məlumat verilmir.

