İtaliya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə İtaliyanın Azərbaycana birbaşa investisiyalarının
həcmi 21,956 milyon ABŞ dolları təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 15,1 milyon dollar və
ya 3,2 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində İtaliyadan reallaşan investisiyaların payı 0,3% təşkil
edib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində İtaliya
iqtisadiyyatına 125,1 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki
ildəki göstərici ilə müqayisədə 52,7 milyon dollar və ya 1,7 dəfə
çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan
İtaliyaya yatırılan investisiyaların xüsusi çəkisi 4,9% təşkil
edib.

2024-cü il ərzində İtaliyadan Azərbaycana birbaşa
investisiyaların ümumi həcmi 6,8 milyon dollar, əks istiqamətdə isə
72,4 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa
xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu
isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və
ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici
ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.