
Bakı. Trend:
ABŞ Ukraynaya kəşfiyyat məlumatları ilə dəstəyini davam etdirir
və Avropalı tərəfdaşlarla birlikdə ölkəyə silah tədarükünü təmin
edir.
Trend xəbər verir
ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte “CBS News”a
müsahibəsində bildirib.
“ABŞ Ukrayna ilə bağlı yenidən həyati-əhəmiyyətli kəşfiyyat
dəstəyi göstərir və Avropalılarla birlikdə silah tədarükünü təmin
edir ki, bu da Ukraynanın Rusiyaya qarşı mübarizəsini davam
etdirməsinə və Kiyevin lazım olan hər şeyə malik olmasına zəmanət
verir”, – deyə Rütte qeyd edib.
Rütte həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir
Zelenski Rusiya ilə sülh sazişi bağlamaq istəyir.
Qeyd edək ki, martın 19-da Pentaqonun rəhbəri Pit Heqset
bildirib ki, ABŞ ordusu öz sursatlarından Ukraynaya tədarük etmək
əvəzinə, ilk növbədə öz ehtiyacları üçün istifadə etməlidir.


