İran İsrailin enerji obyektlərini vurmaqla hədələyib

Baş səhifə

Bakı. Trend:

İran, elektrik sektoruna qarşı hücumlara cavab olaraq İsrailin
elektrik stansiyalarını, eləcə də region ölkələrində ABŞ hərbi
bazalarını elektriklə təmin edən enerji obyektlərini hədəfə
alacağını bəyan edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusunun
(SEPAH) açıqlamasında bildirilir.




“ABŞ prezidenti iddia edib ki, İnqilab Keşikçiləri region
ölkələrinin əhalisinə çətinlik yaratmaq məqsədilə suyun
duzsuzlaşdırılması obyektlərinə hücum etmək niyyətindədir. Biz hər
hansı təhdidə onun yaratdığı təsir səviyyəsində cavab verməkdə
qətiyyətliyik. Əgər siz elektrikə zərbə vursanız, biz də elektrikə
zərbə vuracağıq”, – İnqilab Keşikçilərinin bəyanatında qeyd
edilir.

Xatırladaq ki, şənbə günü ABŞ prezidenti Donald Tramp
xəbərdarlıq edib ki, əgər Tehran 48 saat ərzində Hörmüz boğazını
bütün gəmiçilik üçün “tam açmasa”, İranın elektrik stansiyaları
hədəfə alınacaq.