
Bakı. Trend:
Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirinin
hazırlığına başlayıb.
Trend xəbər verir ki,
yığmamız martın 27-si saat 19:00-da Sent Lüsiya, 30-u 19:00-da isə
Syerra Leone yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər
stadionunda keçiriləcək.


