
Bakı. Trend:
Argentinalı hücumçu Lionel Messi cərimə zərbələrindən vurulan
qolların sayına görə Braziliya millisində üçqat dünya çempionu
Peleni ötüb.
Trend-in
məlumatına görə, L.Messi futbol tarixində bu göstəriciyə görə
ikinci yerə çıxıb.
Əsas Futbol Liqasının (MLS) müntəzəm mövsümünün “Nyu-York Siti”
ilə səfər matçında (3:2) L.Messi karyerasında 71-ci qolunu cərimə
zərbəsindən vurub. Rekord göstərici Braziliya milli komandasının
sabiq futbolçusu Juninyo Pernambukanoya məxsusdur, onun aktivində
bu cür vurulmuş 77 qol var.


