Əraqçi Trampın 48 saatlıq ultimatumuna cavab verdi

Baş səhifə

Hörmüz boğazı bağlanmayıb. Gəmilər tərəddüd edirlər, çünki sığortaçılar İrandan deyil, öz seçimləri ilə müharibədən qorxurlar.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son xəbərdarlığına cavab olaraq sosial mediada yazıb.

“Heç bir sığortaçı – və heç bir iranlı – yeni təhdidlərə təslim olmayacaq. Hörmət göstərməyə çalışın.

Ticarət azadlığı olmadan naviqasiya azadlığı mümkün deyil. Hər ikisinə hörmət edin – ya da heç birini gözləməyin”, – Əraqçi Trampa ünvanladığı mesajda bildirib.

ABŞ prezidenti Donald Tramp dünən Hörmüz boğazı 48 saat ərzində açılmazsa, İranın bütün elektrik stansiyalarını məhv etməklə hədələmişdi.