Okeaniyada 5,5 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Samoanın paytaxtı Apia şəhərindən 204 km cənub-qərbdə, Sakit
okeanda 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından bildiriblər.




Məlumata əsasən, Bakı vaxtı ilə saat 02:26-da qeydə alınan
zəlzələnin episentri Tafahi adasından (Tonqa Krallığı) 127 km
şimal-şərqdə yerləşib.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ “çox
güclü” kimi qiymətləndirilir.