Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In yenidən KXDR Dövlət İşləri üzrə
Sədr vəzifəsinə yenidən seçilib.
Trend-in məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər
verib.
Məlumata əsasən, bu, Pxenyanda açılan on beşinci çağırış Ali
Xalq Məclisinin ilk sessiyası zamanı baş tutub.
Qeyd edilib ki, sessiya zamanı Kim Çen Inın ən yaxın
silahdaşlarından biri kimi tanınan Ço Yen Von Çxve Ren Henin yerinə
Ali Xalq Məclisinin Daimi Komitəsinin sədri vəzifəsinə seçilib.

