Qızılın qiyməti 5 yanvardan bəri ilk dəfə 4400 dollardan aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) aprel
ayı üçün qızıl fyuçerslərinin qiyməti 5 yanvardan bəri ilk dəfə
troya unsiyası üçün 4400 dollardan aşağı düşüb.

Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından məlumat
verilib.




Məlumata əsasən, Bakı vaxtı ilə saat 04:35-də qızılın qiyməti
troy unsiyası üçün 4370,7 dollara (-2,7%) düşüb.

Saat 04:38-də qızılın qiyməti enişini sürətləndirib və 2
yanvardan bəri ilk dəfə troya unsiyası üçün 4350 dollardan aşağı
düşərək 4342,7 dollara (-3,32%) çatdı.