Bakı. Trend:
ABŞ İranın Xarq adasını ələ keçirmək üçün quru əməliyyatı
keçirməyi nəzərdən keçirir.
Trend-in
məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti məlumat
yayıb.
Məlumata görə, ABŞ-ın yüksəkvəzifəli rəsmiləri son günlərdə
İsrail və digər ölkələrdəki həmkarlarına Vaşinqtonun adanı ələ
keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa
alternativinin qalmadığını bildiriblər.
ABŞ rəsmilərindən biri nəşrə açıqlamasında qeyd edib ki, ABŞ
ordusu minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə
yerləşdirilməsi prosesini sürətləndirib.

