İsrail ordusu “Hizbullah”ın 15 qərargahına zərbələr endirib

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu “Hizbullah” hərəkatının 15 qərargahına və
komandanlıq mərkəzinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat
xidməti bildirib.




“Livanın cənubunda Ən-Nəbatiyyə bölgəsində növbəti zərbələr
zamanı “Hizbullah”a məxsus 15 qərargah və komanda mərkəzi hücuma
məruz qalıb”, – deyə bildirilib.