Bakı. Trend:
İspaniya La Liqasının 29-cu turunda “Real Madrid” futbol klubu “Atletiko Madrid”i 3-2 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş “Santayaqo Bernabeu” stadionunda
keçirilib.
Qalib komandanın heyətində qolları Vinisius (52-ci və 72-ci
dəqiqələr) və Federiko Valverde (55) vurublar. “Atletiko Madrid”in
heyətində Ademola Lookman (33) və Nahuel Molina (66)
fərqləniblər.
“Real Madrid”in 69 xal toplayıb və turnir cədvəlində ikinci
yerdədir. Komanda “Barselona”dan dörd xal geridədir. “Atletiko”
liqada dörd oyunluq qələbə seriyasına son qoyub. Klub 57 xalla
dördüncü yerdədir.

