
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyidi yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


