"Mançester Siti" Liqa Kubokunun qalibi oldu

Baş səhifə

“Mançester Siti” İngiltərə Liqa Kubokunun finalında “Arsenal”ı 2-0 hesabı ilə məğlub etdi.

Modern.az xəbər verir ki, oyun “Uembli” stadionunda baş tutdu.

Niko O’Reyli 60-cı və 64-cü dəqiqələrdə vurduğu qollarla komandasına kuboku qazandırıb.

Beləliklə “Mançester Siti” doqquzuncu dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. “Liverpul” bu sevinci 10 dəfə yaşayıb.