Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Əyal Zamir
Livanda hədəflənmiş quru əməliyyatları planını təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.
“Baş Qərargah rəisi Zamir Livanda hədəflənmiş quru əməliyyatları
planını təsdiqləyib”, – deyə açıqlamada qeyd olunub.
“”Hizbullah”a qarşı əməliyyat uzun çəkir və biz buna hazırıq”, –
deyə Ə.Zamir bildirib.

