
Bakı. Trend:
Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq “Masters”
Turnirinə yekun vurulub.
Trend-in
Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə,
yarışın son günündə U-21 yaş kateqoriyasında mübarizə aparan gənc
oğlanlardan ibarət Azərbaycan yığması uğurlu çıxışı ilə seçilib.
Millimiz 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turniri
komanda hesabında birinci pillədə başa vurub.
Cəsur İbadlı (-81 kq), Süleyman Şükürov (-90 kq) və Ramazan
Əhmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ayxan Mirzəzadə (-60 kq) ilə Əli Qazıməmmədov (-90 kq) gümüş medala
sahib olublar.
Bürünc medalları isə Səlim Sultanov (-73 kq), Mehdi Abbasov (-81
kq), Roman Qarayev (-81 kq), Davud Namazlı (-100 kq), Vidad Əliyev
(-100 kq), Eldar Əliyev (+100 kq) və Sübhan Axundov (+100 kq) əldə
ediblər.
Qeyd edək ki, ötən gün U-18 yaş kateqoriyasında çıxış edən
yeniyetmə oğlanlardan ibarət millimiz də 4 qızıl, 3 gümüş və 8
bürünc medalla yarışı ilk pillədə tamamlamışdı.


