ABŞ və İsrail İranın nüvə obyektlərinə dəyən ziyanı kompensasiya etməlidir – Əraqçi

Baş səhifə

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İranın
nüvə obyektlərinə son hücumlarını beynəlxalq hüququn pozulması
adlandırıb.

Trend-in
məlumatına görə, bu barədə Abbas Əraqçi BMT-nin baş katibi Antonio
Quterreşə yazdığı məktubda bildirib.




Nazir BMT-ni məsələ ilə bağlı qəti mövqe tutmağa çağıraraq ABŞ
və İsraildən İslam Respublikasının nüvə obyektlərinə dəyən ziyanı
kompensasiya etməyi tələb edib.

“İranın Nətənzdəki və Buşəhr elektrik stansiyasının
yaxınlığındakı dinc nüvə obyektlərinə hücumlar BMT Nizamnaməsinin,
Beynəlxalq Atom Enerjisi Agentliyinin Nizamnaməsinin və beynəlxalq
hüququn pozulmasıdır”, – deyə o qeyd edib. O əlavə edib ki, nüvə
obyektlərinə hücumlar radioaktiv materialların geniş miqyaslı
yayılmasına və insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli
nəticələrə səbəb ola bilər.