İrana hücumları davam etdirmək üçün kifayət qədər vəsait var – ABŞ maliyyə naziri

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyasının İrana qarşı əlavə hərbi əməliyyatları
maliyyələşdirmək üçün kifayət qədər vəsaiti var.

Trend-in məlumatına görə, bu barədə ABŞ maliyyə naziri Skott
Bessent “NBC” telekanalına müsahibəsində deyib.




“Bu müharibəni maliyyələşdirmək üçün kifayət qədər pulumuz var”,
– deyə o bildirib.

Bessent qeyd edib ki, ABŞ administrasiyası ordu üçün əlavə
vəsait toplamaq məqsədilə vergiləri artırmağı düşünmür.