
Bakı. Trend:
“Neftçi” mövsümün sonunda daha bir futbolçusunu heyətdə saxlamaq
istəyir.
Trend xəbər verir ki,
“ağ-qaralar” komandanın aparıcı üzvünə çevrilən Freddi Varqasa yeni
müqavilə təklif edəcək.
Onun son vaxtlardakı performansı klubda haqqında müsbət
düşünməyə vadar edib.
Venesuelalı oyunçunun özünün də “Neftçi”də qalmaq istədiyi
bildirilir.
“Makkabi”yə(Netanya) məxsus olan Varqasın icarə müqaviləsi
2026-cı il iyunun 30-na qədərdir.
26 yaşlı yarımmüdafiəçi “Deportivo Lara”, “Dallas”,
“Metropolitanos”, “Makkabi Bnye Reyneh” klublarında oynayıb.


