
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən
restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından
Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus
ümumi sahəsi 420kv.m. olan restoranın çardaq hissəsində baş vermiş
yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik
yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində restoranın çardaq hissəsi 20kv.m. sahədə
yanıb.
Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarət
alan olmayıb.
Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə
olunub.


