Kürdəmirdə avtomobil 7 yaşlı piyadanı vuraraq öldürüb

Baş səhifə
Kürdəmirdə avtomobil 7 yaşlı piyadanı vuraraq öldürüb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Çöl-Ərəb kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçərkən “VAZ-2107” markalı avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.