Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi etdi

Baş səhifə

Moskva–Bakı marşrutu üzrə uçuş həyata keçirən “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına məcburi eniş edib.

Modern.az-ın məlumatına görə, təyyarə səhər saat 08:00-da Bakıya doğru havaya qalxsa da, mühərrikdə yaranan nasazlıq səbəbindən geri dönərək Şeremetyevoya istiqamət alıb.

Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz şəkildə eniş edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.