Türkiyə MN: Qətərdə helikopter qəzasında 3 nəfər şəhid olub

Baş səhifə

Türkiyə Milli Müdafiə Nazirliyi Qətərdə qəzaya uğrayan helikopterdə 3 nəfər türkün həlak olduğunu bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, paylaşımda deyilir:

“Qətərdə qəzaya uğrayan hərbi helikopterdə olan bir TSK əməkdaşımız və ASELSAN-dan iki texniki işçimiz şəhid oldu”.

qeyd edək ki, Qətərdə helikopter qəzasında 7 nəfər ölüb. Ölənlərdən 4-ü Qətər hərbçisi, 1-i türk hərbçisi, 2 ASELSAN əməkdaşıdır.