
Bakı. Trend:
Martın 22-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı
ilə Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın
Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak
etmək üçün Gürcüstana səfərə gəlib.
Trend xəbər verir ki, Şota
Rustaveli adına Tbilisi beynəlxalq hava limanında spiker Sahibə
Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Gürcüstandakı
fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və digər rəsmi
şəxslər qarşılayıblar.


