
Bakı. Trend:
Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku
başa çatıb.
Trend xəbər verir ki, 32-ci
dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan
ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal
qazanıb.
Yarışda Sunay Salamova (40 kiloqram) qızıl, Zəhra Quliyeva (40
kiloqram) gümüş, Pərvin Sevxanlı (44 kiloqram), Könül Eyvazlı (48
kiloqram), Məsumə Məmmədli (70 kiloqram) və Zemfira Əliyeva (+70
kiloqram) bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243
cüdoçu mübarizə aparıb.


