
Bakı. Trend:
Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq
turnirinin təqvimində və formatında dəyişiklik edilib.
AFFA-dan Trend-ə bildirilib ki, dəyişikliyə səbəb Oman milli
komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar
ölkəmizə səfər edə bilməməsidir.
FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət
olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da
isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi
Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat
19:00-da başlanacaq.


