Putinin xüsusi nümayəndəsi Gürcüstan patriarxı II İlyanın dəfn mərasimində iştirak edib

Baş səhifə

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Şvıdkoy Vladimir Putinin ruhanilərə və Gürcüstan xalqına dərin hüznlə başsağlığı verib.