AYNA bayram günlərində “Bakı KOB evi”ndə xidməti davam etdirir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bayram günlərində “Bakı
KOB evi”ndə vətəndaşlara operativ xidmətin göstərilməsini davam
etdirir.


Trend
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) məlumat yayıb.




22, 25 və 28 mart tarixlərində AYNA-nın əməkdaşları tərəfindən
beynəlxalq avtomobil daşımalarını həyata keçirmək üçün daşıyıcılara “İcazə” blanklarının, həmçinin taksi va avtobuslarla müntəzəm
şəhərdaxili sərnişin daşımalarını üçün “Fərqlənmə nişanı”nın
verilməsi üzrə xidmət göstəriləcək.