Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb – AYNA

Baş səhifə

Bakı. Trend:

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və
avtostansiyalar gücləndirilmiş rejimində çalışır.


Trend
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilir ki, 19-21 mart tarixlərində Bakı Beynəlxalq
Avtovağzal Kompleksindən 1080 reys həyata keçirilib, 38 613
sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu,
son illərin rekord göstəricisidir.




Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün
əlavə olaraq 400-dən çox reys həyata keçirilib.

Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından
əldə edərək səfərlərini reallaşdırıb.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına
çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri
tövsiyə olunur.