
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.
Səfər çərçivəsində nümayəndə heyəti II İlyanın dəfn mərasimində iştirak edərək, Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.
Qeyd edək ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.
Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.
II İlya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


