Azərbaycanda axtarışda olan 34 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması
polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olan
ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17
nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.




Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.