Bakı. Trend:
Qətər Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya
uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.
Trend xəbər verir
ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində
məlumat yayıb.
Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.
“Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya
uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq
səbəb olub”, – deyə rəsmi bəyanatda bildirilib.
Qeyd olunub ki, hazırda ekipaj üzvlərinin və helikopterdə olan
digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları
davam etdirilir.

